Mövlud Çavuşoğlu Antalyada yaşayan əcnəbilərlə görüşüb

Mövlud Çavuşoğlu I Antalyada Yaşayan Əcnəbilərin Qeyri-Hökumət Təşkilatları Konfransına qatılıb.

1980010
Mövlud Çavuşoğlu Antalyada yaşayan əcnəbilərlə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu çətin vəziyyətdə olanların yanında olduqlarını ifadə edərək "Hər zaman sülhsevər mövqe tutmuşuq. Bunun bəhrəsini fevralın 6-da baş verən zəlzələ zamanı gördük" deyib.

Mövlud Çavuşoğlu I Antalyada Yaşayan Əcnəbilərin Qeyri-Hökumət Təşkilatları Konfransına qatılıb.

Dünyanın hər yerindən 26 fərqli qeyri-hökumət təşkilatının nümayəndələrinin qatıldığı konfransda çıxış edən Mövlud Çavuşoğlu Antalyada dost və qardaş ölkələrdən insanların sülh içində yaşadığını bildirib.

Xarici siyasət kontekstində Türkiyenin bölgədəki mövqeyinə və qlobal diplomatiyaya diqqət çəkən Mövlud Çavuşoğlu sabitlik və sülhlə bağlı aparılan işlər haqqında məlumat verib.

Mövlud Çavuşoğlu deyib: "Biz çətin vəziyyətdə olanların yanında olduq, hər zaman xeyirxahlıqdan, sülhdən yana olduq. Bunun bəhrəsini zəlzələ zamanı gördük. Türkiyedə hər kəs səfərbər oldu. Dərnəkləriniz də zəlzələ zamanı qardaşlarımıza kömək etmək üçün səfərbər oldu, hamınıza təşəkkür edirəm''.

Dost və qardaş ölkələrlə əməkdaşlığın artırılmasının vacibliyini vurğulayan Mövlud Çavuşoğlu “Türkiye yüz ili'' hədəfi mövzusunda  qətiyyətli olduqlarını qeyd edib.

Qeyd edək ki, nazir Mövlud Çavuşoğlu iştirakçıların sual və tələblərini də dinləyib.



Әlaqәli Xәbәrlәr