Mövlud Çavuşoğlu: "Sudandan 1490 nəfəri avtobuslarla təxliyə etdik"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Sudandan 1380 Türkiye vətəndaşı və 13 ölkədən 110 nəfərin avtobuslarla təxliyə olunmaq üçün yola çıxarıldığını bildirb.

1978893
Mövlud Çavuşoğlu: "Sudandan 1490 nəfəri avtobuslarla təxliyə etdik"

Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Sudanda ordu ilə xüsusi təyinatlılar arasında baş verən qarşıdurmalar səbəbindən 1380 Türkiye vətəndaşı və 13 ölkədən 110 nəfər avtobuslarla təxliyə olunmaq üçün yola çıxarılıb.
Sudanda keçid prosesinin uzun çəkdiyini və bu səbəbdən ölkədə xaos olduğunu deyən Çavuşoğlu, bu ölkədəki prosesi yaxından izlədiklərini bildirib.

Çavuşoğlu qeyd edib ki, prezident Rəcəb Ərdoğan ölkədə qarşıdurmalar başlayanda Sudan Suverenlik Şurasının sədri və ordu komandanı general Əbdülfəttah əl-Burhan və Sudan Suverenlik Şurasının sədr müavini, HDK komandanı Məhəmməd Həmdan Daqalo ilə ayrı-ayrılıqda telefonla danışıb və Türkiyenin atəşkəs mövzusunda arzularını çatdırıb.
Sudanda Ramazan bayramı ilə əlaqədar atəşkəsə əməl olunduğu zaman Sudandakı Türkiye vətəndaşlarını təxliyə etməyə başladıqlarını bildirən Çavuşoğlu, təxliyə üçün hava, dəniz və quru da daxil olmaqla bütün alternativlər üzərində çalışdıqlarını və Efiopiya üzərindən olmasının daha yaxşı olacağını düşündüklərini dilə gətirib. 

Çavuşoğlu Sudandakı Türkiye vətəndaşlarının təxliyyəsi ilə bunları da deyib:

"1490 nəfəri avtobusla yola saldıq. Onlardan 640-ı Efiopiyaya çatdı. Digər tərəfdən Port Of Sudandan da 23 vətəndaş müraciət etdi. Sabah (25 aprel) saat 21:00-da Ciddə tərəfinə keçəcək bərəyə mindirəcəyik. Ciddədən planlı reyslərlə təxliyə edəcəyik. Bu gün Efiopiyanın xarici işlər naziri (Demeke Mekonnen) ilə sərhədi keçməyi asanlaşdırmaq üçün danışdım".

Sudan xarici işlər nazirinin müavini Əli es-Sadiklə daimi təmasda olduqlarını bildirən Çavuşoğlu Türkiyenin təxliyədə marka olduğunu, bir çox ölkənin Sudandakı vətəndaşlarının təxliyəsi üçün Ankaradan kömək istədiyini, təxliyə edilən 1490 nəfər arasında 13 ölkədən 110 nəfərin olduğunu bildirib.



Әlaqәli Xәbәrlәr