Hulusi Akar və Hakan Fidan Moskvada səfərdədirlər

Hulusi Akar və MİT-in rəhbəri Hakan Fidan Türkiye-Rusiya-Suriya-İran müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin dördtərəfli görüşündə iştirak etmək üçün Moskvaya gediblər.

1979075
Hulusi Akar və Hakan Fidan Moskvada səfərdədirlər

Milli müdafiə naziri Hulusi Akar və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan Türkiye-Rusiya-Suriya-İran müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin dördtərəfli görüşündə iştirak etmək üçün Rusiyanın paytaxtı Moskvaya gediblər.

Rusiya müdafiə naziri Sergey Şoyqu, Suriya müdafiə naziri general-leytenant Əli Mahmud Abbas və İranın müdafiə naziri briqada generalı Məhəmməd Rza Aştiani ilə bu ölkələrin kəşfiyyat rəhbərlərinin də iştirak edəcəyi toplantıda nazir Akar və MİT rəhbəri Fidan iştirak edəcək.

H.Akar səfər çərçivəsində ikitərəfli görüşlər də keçirəcək.



Әlaqәli Xәbәrlәr