Çavuşoğlu Türkiye, Suriya, İran və Rusiya dövlət başçılarının mayda görüşə biləcəyini bildirib

Rusiya, İran, Suriya və Türkiye prezidentlərinin Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşmasına həsr olunmuş görüşü mayın əvvəlində baş tuta bilər.

1978891

Bu barədə Mövlud Çavuşoğlu özel telekanallardan birinə verdiyi müsahibəsində deyib.

Çavuşoğlu “Maydakı tarixlərlə bağlı təkliflər var idi, seçkilərə çox yaxındır. Mayın əvvəlinə təklif var idi, lakin hələ razılaşdırılmayıb, çünki İran Prezidenti Suriyaya hazırlaşırdı. İndi tarix məsələsi üzərində iş gedir” deyib.

Prezident Rəcəb Tayyib Ərdoğanla Misir Prezidenti Əbdülfəttah əs-Sisinin görüşünün mümkünlüyündən danışan Çavuşoğlu belə bir görüşün mayın 14-də keçiriləcək seçkilərdən sonra da baş tuta biləcəyini qeyd edib. 

Çavuşoğlu onu da qeyd edib ki, Türkiye ordusunu Suriyadan çıxarmağı planlaşdırmır. “Bu yerləri tərk etsək, terror təşkilatları bu boşluqları dolduracaq. Milli təhlükəsizliyimiz hər şeydən önəmlidir, bunun bədəlini burada ödəyirik ki, öz torpaqlarımız təhlükəsiz olsun. Bizim Suriya ərazisinə heç bir iddiamız yoxdur”.

Etiketlәr: #Suriya , #Çavuşoğlu

Әlaqәli Xәbәrlәr