"TCG Anadolu" Sarayburnu limanına qayıtdı

Türkiye Silahlı Qüvvələrinin yerli və milli istehsallı ən böyük döyüş gəmisi "TCG Anadolu" İstanbul boğaziçindəki keçidini tamamladıqdan sonra aprelin 23-də axşam radələrində Sarayburnu limanına qayıdıb.

1978554

Milli müdafiə naziri Hulusi Akarın "avara" göstərişi ilə aprelin 10-dan etibarən ziyarətçilərə açıq olan Sarayburnundan aprelin 23-də səhər radələrində ayrılan gəmiyə vətəndaşlar böyük maraq göstərib.

23 Aprel Milli Suverenlik və Uşaq Bayramı tədbirləri çərçivəsində gəmi İstanbul boğazından keçərək xalqı salamlayıb.

Boğaziçi keçidi zamanı prezident Rəcəb Tayyib Ərdoğanı da salamlayan "TCG Anadolu"dan 21 ədəd top atəşi edilib.

Keçidi Hərbi Hava Qüvvələri Komandanlığına aid təyyarə və helikopterlər də müşayiət edib.

Səhər saatlarında İstanbuldan ayrılan TCG Anadolu Boğazı keçdikdən sonra axşam saatlarında Sarayburnuya qayıdıb.

Milli Müdafiə Nazirliyinin Twitter hesabında "Nəcib millətimizin qürur abidəsi olan "TCG Anadolu" sabahdan etibarən İstanbul Sarayburnu limanında yenidən xalqımızın ziyarətinə açıq olacaq" ifadələrdən istifadə edilib.

Әlaqәli Xәbәrlәr