“İnşaallah, Türkiyədə də bunu edəcəyik”, R.T.Ərdoğan

Sakarya rayonundakı Akyazı Rəcəb Tayyib Ərdoğan İdman Kompleksinin açılış mərasimində çıxışı zamanı Türkiyə prezidenti deyib...

1978344
“İnşaallah, Türkiyədə də bunu edəcəyik”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin zənginliyini millətin hər bir üzvünün həyatında olmasını davam etdirəcəklərini bildirib.

  Sakarya rayonundakı Akyazı Rəcəb Tayyib Ərdoğan İdman Kompleksinin açılış mərasimində çıxışı zamanı Türkiyə prezidenti deyib: “Qara dəniz qazının sevincini bütün millətlə bölüşmək üçün bunu vətəndaşlarımıza bir ay ilə bir il arasında təqdim edəcəyik. Artıq qərarlığımızın bir başqa əlaməti olaraq Ailə və Gənclik Bankını qururuq. Türkiyənin sərvətlərini millətimizin hər bir üzvünün gündəlik həyatda hiss etməsini istəyirik.

  Norveç təbii qazının və neftinin 25 faizi kimi müəyyən bir hissəsini ehtiyat olaraq istifadə edib gənclərinə ayırır. İnşaallah, Türkiyədə də bunu edəcəyik.

  İnflyasiyanın daimi olaraq tək rəqəmli rəqəmlərə endirilməsi istiqamətində də addımlar atırıq.

  Ölkəmizin 20 bölgəsində şəhər xəstəxanalarının açılışı davam etdiririk. Yaxınlarda birini İzmirdə açacağıq”.



Әlaqәli Xәbәrlәr