Türkiye XİN: ''Sudandakı hadisələri narahatlıqla izləyirik''

Türkiye Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında 2023-cü il aprelin 15-dən bəri davam edən şiddətli toqquşmaları narahatlıqla izlədiyini açıqlayıb.

1976625
Türkiye XİN: ''Sudandakı hadisələri narahatlıqla izləyirik''

Türkiye Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında 2023-cü il aprelin 15-dən bəri davam edən şiddətli toqquşmaları narahatlıqla izlədiyini açıqlayıb.

Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: ''Hesab edirik ki, mövcud problemlərin daimi həllinin yeganə yolu dialoqdur. Münaqişələrdən zərər çəkmiş mülki vətəndaşlara yardım edilməsi üçün təcili olaraq humanitar atəşkəsin elan edilməsi və  atəşkəsə əməl edilməsinin vacibliyini vurğulayırıq''.
Açıqlamada Sudandakı Türkiye vətəndaşlarının vəziyyətinin yaxından izləndiyi, ölkədə mövcud təhlükəsizlik şəraitinin səyahət üçün uyğun olmadığı və vətəndaşlara qapalı məkanlarda qalmalarının böyük əhəmiyyət kəsb etdiyi bildirilib. 
"Səfirliyimiz və Konsulluğun Məlumat Mərkəzi vətəndaşlarımızla əlaqə yaradır. Qaynar xəttimiz vətəndaşlarımıza telefonla müraciət edərək lazımi məlumatları verir. Vətəndaşlarımızın Nazirliyimiz və Səfirliyimizin elanlarını və sosial media hesablarını yaxından izləmələri, qeydiyyatdan keçməmiş vətəndaşlarımız üçün aşağıdakı telefon nömrələrinə zəng edib məlumatlarını istənilən ünvana göndərmələri faydalı olardı'',-deyə məlumatda vurğulanıb.
Türkiye Respublikasının Sudandakı səfirliyi:

+249 90 094 27 38

+249 91 273 41 02

+249 90 028 54 58

Xarici İşlər Nazirliyinin Konsulluq Məlumat Mərkəzinə

+90 312 292 29 29"


Etiketlәr: #Sudan , #Türkiye

Әlaqәli Xәbәrlәr