"TCG Anadolu” ilk gündən böyük maraqla qarşılanıb

“TCG Anadolu”nu ilk gündə 9 minə yaxın adam ziyarət edib

1976182
"TCG Anadolu” ilk gündən böyük maraqla qarşılanıb

İstanbulda Sarayburnu Limanında ziyarətçilərin üzünə açılan dünyada pilotsuz uçuş aparatları (PUA) daşımaq imkanı olan ilk hərbi desant gəmisi və bütün TCG Anadolu” ilk gündən böyük maraqla qarşılanıb.

Səhər saatlarından növbə yaradan ziyarətçilər qrup halında gəmiyə aparılıb.

Səfərlər saat yerli vaxtla saat 13.00-da başlayıb, 18.00-da başa çatıb. “TCG Anadolu” ilk gündə 8 min 720 adam tərəfindən ziyarət edilib.

Qeyd edək ki, “TCG Anadolu” gəmisinin tikintisi 2016-cı ilin aprelində başlanıb və 2019-cu ilin iyununda uğurla suya buraxılıb. Gəmi 2022-ci ildən başlayaraq sınaqlardan keçirilib.

Uzunluğu 231 metr, eni 32 metr olan gəmi bir tabor hərbçi tutumuna malikdir. Bundan başqa, gəmi 94 hərbi texnika, o cümlədən 13 tank, suda istifadə olunan 27 və quruda istifadə edilən 6 zirehli hərbi maşın daşıya bilər. Eyni zamanda, gəmi10 helikopter və 11 PUA daşımağa qadirdir. Qəza vəziyyətləri üçün gəmidə 4 kater saxlanılır.

Xatırladaq ki, Türkiyenin ən böyük hərbi gəmisi 17-23 aprel 2023-cü il tarixləri arasında İstanbulda ziyarət edilə biləcək.

Sarayburnu limanında lövbər salan gəmini aşağıdakı tarix və saatlarda görmək mümkündür:

18 aprel saat 10.00-18.00

19 aprel saat 10:00-18:00

21 aprel saat 10:00-18:00

22 aprel saat 10.00-18.00

23 aprel saat 10:00-18:00k.



Әlaqәli Xәbәrlәr