“Təkcə son bir neçə həftədə ölkəyə nələr qazandırdıq?” R.T.Ərdoğan

Sosial media hesabında R.T.Ərdoğan yazıb...

1972262
“Təkcə son bir neçə həftədə ölkəyə nələr qazandırdıq?” R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sadəcə son bir neçə həftədə millətin qürur xanasına yazılacaq bir çox əsəri, islahat və sərmayələri ölkəyə qazandırdıqlarını bildirdi.

  Sosial media hesabında R.T.Ərdoğan yazıb: "Təkcə son bir neçə həftədə ölkəyə millətimizin qüruruna yazılacaq çoxlu işlər, islahatlar və sərmayələr gətirdik. "Durmaq yox, yola davam" deyərək xalqımız üçün çalışmağa davam edəcəyik.

  İstanbul Bağcılarda 3 milyard 412 milyon lirə dəyərində 97 layihəni istifadəyə verdik.

  Milli Döyüş Təyyarəsi və “Hürjet”i anqardan çıxardıq.

  Yenə İstanbulda Başakşehir Çam və Sakura Şəhər Xəstəxanası Kayaşehir Metro Xəttini açdıq.

  Pilotsuz döyüş təyyarəsi “Kızılelma"nın uçuş testlərini həyata keçirdik.

  Bandırma Balıkəsirdə Bor Karbid İstehsalat Müəssisəsini istifadəyə verdik.

  Türkiyənin 60 illik arzusu olan “Togg”la qovuşduq.

  Pensiya yaşını gözləyən 2 milyon 250 min adamın istəyini yerinə yetirdik.

  Ən aşağı pensiyanı 7500, bayram mükafatını isə 2 min lirəyə qaldırdıq.

  İraqın baş naziri ilə birlikdə Türkiyəni Körfəz bölgəsinə birləşdirəcək “İnkişaf yolu” layihəsini imzaladıq.

  Zəlzələ bölgələrində olduq. Artıq 78 min yaşayış və həyət evinin tikintisinə başladıq”.

 



Әlaqәli Xәbәrlәr