Mövlud Çavuşoğlu Eli Kohenlə telefon əlaqəsi saxlayıb

Türkiye xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin xarici işlər naziri Eli Kohen ilə telefon danışığı aparıb.

1971682
Mövlud Çavuşoğlu  Eli Kohenlə telefon əlaqəsi saxlayıb

Türkiye xarici işlər naziri Mövlud Çavuşoğlu İsrailin xarici işlər naziri Eli Kohen ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyenin Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilib.
Məlumata görə, telefon danışığı zamanı nazir Mövlud  Çavuşoğlu İsrail təhlükəsizlik qüvvələrinin Məscidül-Əqsanın müqəddəsliyinə və statusuna qarşı son təxribatların, İsrailin Qəzza və Livana hava hücumlarının,Ramazan ayında namaz qılan günahsız insanlara qarşı zorakılığın qəbuledilməz olduğunu bildirib.

Mövlud Çavuşoğlu İsrail təhlükəsizlik qüvvələrinin zorakılıq hərəkətlərinə heç bir bəhanə gətirilə bilməyəcəyini qeyd edərək, bu halların təkrarlanmaması və hava hücumlarının yenidən başlamamasının lazım olduğunu vurğulayıb.



Әlaqәli Xәbәrlәr