Rəcəb Tayyib Ərdoğan dünyada artan islamafobiyaya reaksiya verib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Quranı-Kərimə qarşı törədilən hücum açıq-aşkar nifrət cinayətidir.

1970066
Rəcəb Tayyib Ərdoğan dünyada artan islamafobiyaya reaksiya verib
erdogan buyukelciler iftar.jpg
erdogan buyukelciler iftar1.jpg
erdogan buyukelciler iftar2.jpg
erdogan buyukelciler iftar3.jpg

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Quranı-Kərimə qarşı törədilən hücum açıq-aşkar nifrət cinayətidir.

Paytaxt Ankarada Ədalət və İnkişaf (AK) Partiyasının qərargahında təşkil edilən 14-cü ənənəvi AK Partiya səfirlərlə iftar proqramında çıxış edən Rəcəb Tayyib Ərdoğan dünyada artan islamafobiyaya reaksiya verib.
“Qurani-Kərimə qarşı törədilən hücum qəbuledilməzdir'' deyən Rəcəb Tayyib Ərdoğan sözlərinə belə davam edib: "Bu, açıq və birmənalı olaraq nifrət cinayətidir. Söz azadlığı adı altında müqəddəs Qurani-Kərimin yandırılmasına icazə verilməsi qətiyyən yolverilməzdir. Təxminən 2 milyard insanı incidən bu mənfur hücumlara son qoyulmalıdır''.
Terrorla mübarizəyə toxunan Prezident Rəcəb Tayyib Ərdoğan PKK, PYD, YPG, FETÖ və DEAŞ başda olmaqla terrorun hər növünə qarşı mübarizəni davam etdirdiklərini bildirib.

''Ölkəmizin terror dəhlizi ilə mühasirəyə alınmasına razılıq vermədiyimiz kimi, şübhəsiz ki, yeni cəhdlərə də imkan verməyəcəyik. Biz öz planlarımızı həyata keçirməyə davam edəcəyik. Vətənimizə qarşı terror təhdidlərinin öz mənbəyində aradan qaldırılması üçün həyata keçirdiyimiz strategiyamızı davam etdirəcəyik'',-deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

 



Әlaqәli Xәbәrlәr