Xarici işlər naziri Çavuşoğlu hindistanlı həmkarı ilə görüşüb

Xarici işlər naziri Çavuşoğlu G20 ölkələrinin xarici işlər nazirləri toplantısından əvvəl Yeni Dehlidə Hindistanın xarici işlər naziri Cayşankar ilə görüşüb.

1952917
Xarici işlər naziri Çavuşoğlu hindistanlı həmkarı ilə görüşüb

Xarici işlər naziri Mövlud Çavuşoğlu G20 ölkələrinin xarici işlər nazirləri toplantısından əvvəl Yeni Dehlidə Hindistanın xarici işlər naziri Cayşankar ilə görüşüb.
Nazir Mövlud Çavuşoğlu tviter hesabında etdiyi paylaşımda G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü üçün gəldiyi Hindistanda ilk görüşünü hindistanlı həmkarı Subrahmanyam Caişankar ilə keçirdiyini açıqlayıb.

Çavuşoğlu "G20 ölkələrinin xarici işlər nazirləri toplantısı üçün gəldiyimiz #YeniDehlidə ilk görüşümüzü hindistanlı həmkarımla keçirdik. #Dostoperasiya adı altında ölkəmizə göstərdikləri kömək və dəstəyə görə təşəkkür etdik" deyib.

Çavuşoğlu G20 Hindistan növbəti sədrliyi çərçivəsində 1-2 mart tarixlərində Yeni Dehlidə keçiriləcək G20 xarici işlər nazirləri toplantısına qatılacaq.

İclasda qlobal gündəmdəki mühüm məsələlər, xüsusilə humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, ərzaq və enerji təhlükəsizliyi, terrorla mübarizə, çoxtərəfliliyin gücləndirilməsi və inkişaf sahəsində əməkdaşlığın gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılması nəzərdə tutulub.



Әlaqәli Xәbәrlәr