Rəcəb Tayyib Ərdoğan Şahbaz Şərifi qəbul edib

Görüş mətbuat üçün qapalı keçirilib.

1947786
Rəcəb Tayyib Ərdoğan Şahbaz Şərifi qəbul edib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qəbul edib.

Türkiye Prezidenti Administrasiyasının İictimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata əsasən, Şahbaz Şərif dünən Prezident İqamətgahında baş tutan görüşdə Rəcəb Tayyib Ərdoğana fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərlə əlaqədar keçmiş olsun arzularını çatdırıb. Görüş mətbuat üçün qapalı keçirilib.
Fələstin prezidenti Mahmud Abbas, İndoneziya prezidenti Coko Vidodo, Venesuela prezidenti Nikolas Maduro və İspaniyanın baş naziri Pedro Sançes də prezident Ərdoğana telefonla zəng edərək zəlzələ nəticəsində həyatını itirənlərlə əlaqədar başsağlığı veriblər, yaralılara şəfa diləyiblər. Liderlər Türkiyeni dəstəklədiklərini və türk xalqı ilə həmrəy olduqlarını ifadə ediblər.



Әlaqәli Xәbәrlәr