Türkiye zəlzələ ilə bağlı BMT Təhlükəsizlik Şurasına məlumat verib

Türkiye episentri Kahramanmaraş şəhəri olan və 10 vilayətə təsir edən zəlzələlərlə bağlı Birləşmiş Millətlər Təşkilat Təhlükəsizlik Şurasına (BMT TŞ) məlumat verib.

1945985

Türkiyenin BMT-dəki daimi nümayəndəsi Feridun Sinirlioğlu BMT Təhlükəsizlik Şurasında qapalı formatda keçirilən xüsusi iclasda Şura üzvlərinə zəlzələlərdən sonrakı son vəziyyətlə bağlı məlumat verib.

Bildirilib ki, Sinirlioğlu Türkiyedəki zəlzələ fəlakətinin miqyası, təcili ehtiyaclar, zəlzələdən zərər çəkənlərə yardım işləri və beynəlxalq yardımlar barədə Şuraya məlumat çatdırıb. 

İclasda göstərilən həmrəyliyə görə beynəlxalq ictimaiyyətə təşəkkür edən səfir Sinirlioğlu zəlzələdən zərər çəkən Suriyanın şimal-qərbinə digər ölkələrdən və BMT-dən gələn humanitar yardımların Türkiyenin sərhəd qapılarından keçə biləcəyini və həmin mövzuda lazımi şəraitin təmin edildiyini bildirib.

Әlaqәli Xәbәrlәr