Mövlud Çavuşoğlu: "İddialar əsassızdır"

Xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada Liviyanın xarici işlər naziri Necla əl-Menquş ilə birgə mətbuat konfransı keçirib.

1945898
Mövlud Çavuşoğlu: "İddialar əsassızdır"

"Zəlzələ ilə əlaqədar Suriyadan Türkiyeyə qaçqın axınının olması ilə bağlı iddialar əsassızdır".

Bunu xarici işlər naziri Mövlud Çavuşoğlu paytaxt Ankarada Liviyanın xarici işlər naziri Necla əl-Menquş ilə keçirdiyi birgə mətbuat konfransında deyib. 

M.Çavuşoğlu fevralın 6-da baş verən və Suriyaya təsirli olan Kahramanmaraş mərkəzli zəlzələ səbəbiylə bu ölkədən Türkiyeyə qaçqın axınının baş verdiyi iddialarının həqiqəti əks etdirmədiyini bildirib.

Nazir Çavuşoğlu ictimaiyyəti qıcıqlandırmaq üçün yalan məlumatların yayılmasının xoş niyyətli bir yanaşma olmadığını vurğulayaraq deyib:

“Beynəlxalq ictimaiyyətə və BMT-yə sərhəd-keçid məntəqələrindən (Suriyaya kömək etmək üçün) keçilə biləcəyini söylədik. Məsələ bundan ibarətdir. Terror təşkilatı PKK/YPG-nin yerləşdiyi bölgələrə sərhəd-keçid məntələrərini açmağımız və ya suriyalı axınının olması doğru deyil”.

Xarici işlər naziri Mövlud Çavuşoğlu “Bu məntəqələrin açıq olması sırf humanitar yardımın gəlməsi üçündür. Yalan məlumat yaymaq xoş niyyət deyil'' deyib.



Әlaqәli Xәbәrlәr