Türkiye vətəndaşlarına Myanmaya səyahət etməmək tövsiyə edilib

Türkiye Myanmada davam edən fövqəladə vəziyyət və qarşıdurmalar səbəbindən vətəndaşlarına bu ölkəyə səyatət etməməyi tövsiyə edib.

1935944
Türkiye vətəndaşlarına Myanmaya səyahət etməmək tövsiyə edilib

Türkiye Myanmada davam edən fövqəladə vəziyyət və qarşıdurmalar səbəbindən vətəndaşlarına bu ölkəyə səyatət etməməyi tövsiyə edib.
Xarici İşlər Nazirliyindən verilən bəyanatda  səfər etməyə məcbur olanlardan Türkiyənin Nepidodakı səfirliyi ilə əlaqə saxlamaları  istənilib. Türkiye vətəndaşlarına şəxsi təhlükəsizlikləri mövzusunda diqqətli olmaları tövsiyə olunub.
Xarici İşlər Nazirliyinin rəsmiləri Myanmadakı qeyri-qanuni iş elanlarına da diqqət çəkib.
Bəyanatda həmçinin Myanmanın sərhəd bölgələrində bəzi şəxs  və ya qrupların internet vasitəsilə qeyri-qanuni iş elanları verdiyi və bu növ elanlara etibar edilməməsinin vacibliyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr