Mövlud Çavuşoğlu Ksaba Körösi ilə görüşüb

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiye-ABŞ Strateji Mexanizmin ikinci nazirlər toplantısında iştirak etmək üçün səfər etdiyi ABŞ-da ikitərəfli görüşlər keçirib.

1935926
Mövlud Çavuşoğlu Ksaba Körösi ilə görüşüb

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiye-ABŞ Strateji Mexanizmin ikinci nazirlər toplantısında iştirak etmək üçün səfər etdiyi ABŞ-da ikitərəfli görüşlər keçirib.
Mövlud Çavuşoğlu bu çərçivədə Birləşmiş Millətlər Təşkilatının (BMT) 77-ci Baş Assambleyasının sədri Ksaba Körösi ilə görüşüb.
Bu barədə Mövlud Çavuşoğlu rəsmi ''Twitter'' səhifəsində paylaşım edib. Mövlud Çavuşoğlu görüşdə Türkiyenin liderliyində başladılan sıfıt tullantı təşəbbüsü məsələsini müzakirə etdiklərini deyib.
Qeyd edək ki, Körösinin sözçüsü Paulina Kubiak da təşkil etdiyi gündəlik mətbuat konfransında görüşlə bağlı məlumat verib.
Kubiak ikitərəfli görüşdə Türkiyenin sıfır tullantı təşəbbüsü ilə yanaşı, taxıl dəhlizi və Suriyaya humanitar yardım məsələsinin müzakirə edildiyini bildirib.

Mövlud Çavuşoğlu görüşlərini  Nyu Yorkdakı Türk Evində davam etdirib.
Türkiyenin ABŞ və Kanadadakı baş konsulları ilə bir araya gələn Mövlud Çavuşoğlu deyib:“Dünyanın hər yerindəki vətəndaşlarımızın yanındayıq''.
Mövlud Çavuşoğlu həmçinin ABŞ-dakı Suriya icmasının nümayəndələri ilə görüşüb. Görüşdən sonra şəxsi internet səhifəsində paylaşım edən Mövlud Çavuşoğlu deyib:“ BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq siyasi prosesi dəstəklədiyimizi söylədik''.
ABŞ-a etdiyi səfərlə bağlı paylaşım edən Mövlud Çavuşoğlu deyib:
"F-16 döyüş təyyarələrinin modernləşdirilməsi və yeni F-16-ların alınması da gündəmimizin mühüm maddələri arasında idi. İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesində əldə edilən irəliləyişi qiymətləndirdik. Suriya kontekstində separatçı terror təşkilatı PKK/YPG-yə  verilən dəstəyin sona çatdırılmasının vacibliyini vurğuladıq''.



Әlaqәli Xәbәrlәr