Hulusi Akar çexiyalı həmkarı ilə görüşüb

Türkiyenin milli müdafiə naziri Hulusi Akar Çexiyanın müdafiə naziri Jana Çernoçova ilə görüşüb.

1933919
Hulusi Akar çexiyalı həmkarı ilə görüşüb

Türkiyenin milli müdafiə naziri Hulusi Akar Çexiyanın müdafiə naziri Jana Çernoçova ilə görüşüb.
Çexiyaya rəsmi səfər edən Hulusi Akar ölkənin paytaxtı Praqadakı Müdafiə Nazirliyində olub.
Nazir Jana Çernoçova tərəfindən hərbi mərasimlə qarşılanan Hulusi Akar mərasimdən sonra həmkarı ilə nümayəndə heyətləri arasında keçirilən görüşlərə rəhbərlik edib.
Görüşlərdə ikitərəfli və regional müdafiə, təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq mövzuları ətrafında fikir mübadiləsinin aparıldığı bildirilib.



Әlaqәli Xәbәrlәr