Hulusi Akar və Hakan Fidan Moskvada görüşlər keçirib

Türkiye, Rusiya və Suriya müdafiə nazirləri ilə kəşfiyyat təşkilatlarının rəhbərləri Rusiyanın paytaxtı Moskvada görüşüb.

1925016
Hulusi Akar və Hakan Fidan Moskvada görüşlər keçirib

Türkiye, Rusiya və Suriya müdafiə nazirləri ilə kəşfiyyat təşkilatlarının rəhbərləri Rusiyanın paytaxtı Moskvada görüşüb.
Məlumata əsasən, Türkiyenin milli müdafiə naziri Hulusi Akar, Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan ilə birlikdə Moskvaya səfər edib.
Hulusi Akar və Hakan Fidan Rusiya müdafiə naziri Sergey Şoyqu və Suriya müdafiə naziri Əli Mahmud Abbas və iki ölkənin kəşfiyyat təşkilatlarının rəhbərləri ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə Suriya böhranı, qaçqın problemi və Suriyadakı bütün terror təşkilatlarına qarşı birgə mübarizə müzakirə edilib.
Konstruktiv atmosferdə keçən görüş nəticəsində Suriyada və bütövlükdə regionda sabitliyin təmin edilməsi və qorunması üçün üçtərəfli formatda görüşlərin davam etdirilməsi məsələsində razılıq əldə olunub.



Әlaqәli Xәbәrlәr