Mövlud Çavuşoğlu- Antoni Blinken arasında görüş baş tutub

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

1922632
Mövlud Çavuşoğlu- Antoni Blinken arasında görüş baş tutub

TRT xəbər verir ki bu barədə Xarici İşlər Nazirliyindən məlumat yayılıb. Bildirilib ki, Çavuşoğlu ilə Blinken arasında baş tutan telefon danışığında Ukraynada cərəyan edən proseslər, xüsusilə tərəflərin taxıl razılaşması ilə əlaqəli lazımlı addımları atmaları, NATO-nun genişlənməsi, Türkiyənin F-16 qırıcılarının tədarükü prosesi və Ankara ilə Vaşinqton arasında qarşılıqlı ziyarətlərin tarixi kimi mövzular müzakirə olunub.

Nazirliyin şərhində həmçinin qeyd edilib ki, Çavuşoğlu Suriyada cərəyan edən son proseslərin də gündəmə daxil edildiyi görüşdə Türkiyenin terrora qarşı mübarizəsinin qətiyyətlə davam edəcəyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr