Rәcәb Tayyib Әrdoğan Vejdi Rәşidovla görüşüb

İstanbulda baş tutan görüş mətbuata qapalı keçirilib.

1921397
Rәcәb Tayyib Әrdoğan Vejdi Rәşidovla görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Bolqarıstan Milli Məclisinin sədri Vejdi Rəşidov ilə görüşüb.

İstanbulda baş tutan görüş mətbuata qapalı keçirilib.

Qeyd edək ki, xarici işlər naziri Mövlud Çavuşoğlu da paytaxt Ankarada Vejdi Rəşidovla görüş keçirmişdi.

Bu barədə Mövlud Çavuşoğlu rəsmi ''Twitter'' səhifəsində paylaşım etmişdi. Mövlud Çavuşoğlu Vejdi Rəşidovla keçirdiyi görüşdə Türkiyə ilə Bolqarıstan arasında ikitərəfli əlaqələr və parlamentlərarası əməkdaşlıq məsələlərini müzakirə etdiklərini bildirmişdi.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop da dünən Ankarada Rəşidovla miqrasiya məsələsini müzakirə etmişdi.



Әlaqәli Xәbәrlәr