Türkiye Prezidenti Rәcәb Tayyib Әrdoğan vәtәnә qayıtdı

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfəri dekabrın 14-də başa çatıb.

1918999
Türkiye Prezidenti Rәcәb Tayyib Әrdoğan vәtәnә qayıtdı

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkmənistana səfəri dekabrın 14-də başa çatıb.
Məlumata görə, Prezident Ərdoğan və onu müşayiət edən nümayəndə heyətini daşıyan  “TC-TUR” adlı təyyarə yerli vaxtla saat 18.10-da Esenboğa Hava Limanına eniş edib.
Rәcәb Tayyib Әrdoğanı hava limanında Türkiyenin vitse-prezidenti Duad Oqtay, Ankara valisi Vasip Şahin və digәr rәsmi şәxslәr qarşılayıblar.
Prezident Rәcәb Tayyib Әrdoğanı sәfәri çәrçivәsindә xanımı Әminә Әrdoğan, xarici İşlər Naziri Mövlud Çavuşoğlu, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, ticarət naziri Mehmet Muş,Ədalət və İnkişaf Partiyasının  sədr müavini və partiya sözçüsü Ömər Çelik, Prezident Administrasiyasının Müdafiə Sənayesi sədri İsmail Dəmir, Türkiye Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Türkiye Prezidentinin sözçüsü İbrahim Kalın müşayiət ediblər.



Әlaqәli Xәbәrlәr