Türkiyədə 5,9 bal gücündə zəlzələ baş verib

Düzcenin Gölyaka rayonunda 5,9 bal gücündə zəlzələ qeydə alınıb.

1909862
Türkiyədə 5,9 bal gücündə zəlzələ baş verib

Türkiyə vaxtı ilə saat 04:08-də baş verən təbii fəlakət nəticəsində ilk məlumatlara görə biri ağır olmaqla 50 nəfər xəsarət alıb.

Zəlzələ ətraf şəhərlərdə, xüsusilə İstanbul və paytaxt Ankarada hiss olunub.

Zəlzələdən sonra daxili işlər naziri Süleyman Soylu bölgəyə gedib.

Düzce valisi Cevdət Atay ehtiyat tədbiri olaraq məktəblərin bir günlüyünə tətil edildiyini açıqlayıb.

 



Әlaqәli Xәbәrlәr