Rәcәb Tayyib Әrdoğan Co Baydenlә görüşüb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında keçirilən G-20 Liderlər sammiti çərçivəsində görüşlər keçirir.

1906550
Rәcәb Tayyib Әrdoğan Co Baydenlә görüşüb

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan İndoneziyanın Bali adasında keçirilən G-20 Liderlər sammiti çərçivəsində görüşlər keçirir.

Rәcәb Tayyib Әrdoğan bu çәrçivәdә Amerika Birlәşmiş Ştatları Prezidenti Co Baydenlә bir araya gәlib.

Mәlumata görә, görüş mәtbuata qapalı keçirilib.

Türkiye Prezidenti Administrsiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən açıqlamaya görə, görüşdə ticarət və təhlükəsizlik məsələləri başda olmaqla iki ölkə arasındakı əlaqələr müzakirə edilib.
Görüş zamanı ABŞ prezidenti Co Bayden İstanbulun İstiqlal prospektində törədilən terror aktında həyatını itirənlər ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib.
Regional hadisələrin də qiymətləndirildiyi görüşdə Bayden Rusiya ilə Ukrayna arasındakı taxıl dəhlizi məsələsindəki problemin həlli və taxıl daşınmasının yenidən başlaması üçün göstərdiyi səylərə görə prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Türkiyə ilə ABŞ arasında F-16 prosesini dəstəkləməyə davam edəcəklərini bildirən ABŞ prezidenti Bayden Türkiyənin İsveçin NATO üzvlüyü  prosesində mühüm bir aktor olduğunu da bildirib.

Ağ Evin bəyanatına görə, görüşdə İstanbulda törədilən terror aktı başda olmaqla regional və qlobal hadisələr müzakirə edilib.
NATO müttəfiqi Türkiyənin yanında olduqlarını vurğulayan Bayden   türk xalqına dərin  hüznlə başsağlığı verib.
Taxıl dəhlüzünün Rusiya-Ukrayna müharibəsi zamanı qlobal ərzaq təhlükəsizliyinin yaxşılaşdırılması üçün kritik əhəmiyyət daşıdığını və sazişin davam etdirilməsinin vacibliyini vurğulayan Bayden prezident Ərdoğana sazişin  yenilənməsi üçün göstərdiyi səylərə görə təşəkkür etdi.

Qeyd edәk ki, Türkiye Prezidenti hәmçinin Fransa Prezidenti Emmanuel Makronla da görüşüb. Görüş mәtbuata qapalı keçirilib.

Türkiye Prezidenti Administrsiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən açıqlamaya görə, Fransa prezidenti Makron İstanbulda törədilən terror aktında həyatını itirənlər ilə əlaqədar Türkiyə Prezidentinə  başsağlığı verib.

Türkiyə-Fransa münasibətlərinin və regional məsələlərin müzakirə edildiyi görüşdə prezident Ərdoğan iki ölkə arasında ticarətlə yanaşı, müdafiə və enerji sektorlarında əməkdaşlığın inkişaf etdirilməsinin ortaq maraqlara xidmət etdiyini bildirib.
Gərgin səylərdən sonra taxıl dəhlizinin yenidən fəaliyyətə başladığını bildirən prezident Ərdoğan  sazişin davam etdirilməsi üçün Avropa İttifaqının da üzərinə düşəni etməsinin vacibliyini qeyd edib.

Prezident Rәcәb Tayyib Әrdoğan İtaliya Baş naziri Georgia Meloni ilә dә görüşüb.

Görüş mәtbuata qapalı keçirilib.



Әlaqәli Xәbәrlәr