TSQ və "Pençe-Kilit" əməliyyatı

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə...

1905745
TSQ və "Pençe-Kilit" əməliyyatı

 

 (TSQ) "Pençe-Kilit" əməliyyatı çərçivəsində 455 terrorçunu zərərsizləşdirib, 557 mağara və sığınacaq yararsızlaşdırılıb, 1904 əldədüzəltmə partlayıcı və minanı məhv edilib.

  Türkiyə Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçulara qarşı “Pençe-Kilit” əməliyyatı planlaşdırıldığı kimi uğurla davam edir.

  Aprelin ortalarından başlayan əməliyyat zamanı 455 terrorçu zərərsizləşdirilib, 557 mağara və sığınacaq yararsız vəziyyətə salınıb, 1904 əldədüzəltmə partlayıcı və mina təsirsiz hala gətirilib.

  Bundan başqa, tank əleyhinə raketlər - AT-3, AT-4, AT-5, reaktiv yaylım atəşi sistemləri, “Doçka” və “Zaqros” zenit topları, “Biksi” pulemyotları, “Kanas” snayper tüfəngləri, “Kalaşnikov” və M-16 avtomatları olmaqla 1203 müxtəlif çaplı silahlar ələ keçirilib. Müsadirə edilən əşyalar arasında 522 min döyüş sursatı, 205 simsiz radio aparatı, 121 müşahidə durbini və 88 ton yaşayış ləvazimatı da var.



Әlaqәli Xәbәrlәr