Rəcəb Tayyib Ərdoğan jurnalistlərə əhəmiyyətli bəyanatlar verib

Özbəkistandan qayıdan Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb və əhəmiyyətli bəyanatlar verib.

1905585
Rəcəb Tayyib Ərdoğan jurnalistlərə əhəmiyyətli bəyanatlar verib

Özbəkistandan qayıdan Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırıb və əhəmiyyətli bəyanatlar verib.

Türkiyənin ABŞ-dan ''F-16'' tələbi ilə bağlı texniki işlərin planlaşdırıldığı kimi davam etdiyini bildirən Türkiye Prezidenti deyib: ''Amerika tərəfi zaman-zaman müdafiə nazirimiz Hulusi Akara müsbət və gözəl şeylər söyləyir. Təbii ki, hazırda orada seçki keçirildi.İndi bəzi yaxşı xəbərlər alırıq. Bu müsbət xəbərləri yaxından izləyirik''.
Rusiya-Ukrayna müharibəsinə də toxunan Türkiye Prezidenti deyib:
"Biz taxıl dəhlizindən sülh dəhlizi yarada bilərik.Bunun üçün ən yaxşı yol dialoqdan sülhə gedən yoldur''.
Şimali Kıbrıs Türk Respublikasının (ŞKTC) Türk Dövlətləri Təşkilatına (TDT) müşahidəçi üzv kimi qəbul edilməsi  məsələsinə toxunan Türkiye Prezidenti bildirib ki, əvvəlcə infrastruktur işlərinə başlamalıyıq, sonra isə Şimali Kıbrısı ​​bir dövlət kimi dünyaya tanıtmaq üçün zəmin yaratmalıyıq”. 
Son 20 ildə Türkiyənin dünyada və ətrafında yaşanan böhranlarla bağlı realist, təşəbbüskar, humanitar və milli xarici siyasət yürütdüyünü bildirən Rəcəb Tayyib Ərdoğan qeyd edib ki, həm öz hüquqlarımızı, həm də maraqlarımızı müdafiə etdik, qlobal və regional sülh və sabitlik üçün ciddi səylər göstərdik. Göstərdiyimiz səylər sayəsində Türkiyə artıq  əvəzolunmaz bir aktora çevrilib. Bunu dünya ictimaiyyəti də etiraf edir''.



Әlaqәli Xәbәrlәr