Rəcəb Tayyib Ərdoğan TDT-nin Zirvə görüşündə ikitərəfli görüşlər keçirəcək

Prezident Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarının IX Zirvə görüşündə  iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərinə səfər edib.

1904935

Prezident Rəcəb Tayyib Ərdoğanı sammitin keçiriləcəyi zalda Özbəkistan Prezidenti Şevkət Mirziyoyev qarşılayıb.
Məlumata görə, Rəcəb Tayyib Ərdoğan Zirvə görüşündə iştirakçilara müraciət edib. Türkiye Prezidenti Zirvə görüşü çərçivəsində  həmçinin liderlərlə ikitərəfli görüşlər keçirəcək.
Zirvə görüşündə iqtisadiyyat, nəqliyyat və ticarət kimi mövzular müzakirə olunacaq, həmçinin təşkilatın fəaliyyəti və gələcəyi ilə bağlı mühüm qərarlar qəbul ediləcək. Üzv ölkələr arasında bütün sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar qiymətləndiriləcək.

Әlaqәli Xәbәrlәr