Prezident Rəcəb Tayyib Ərdoğan Səmərqəndə səfər edib

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının sammiti keçiriləcək.

1904464
Prezident Rəcəb Tayyib Ərdoğan Səmərqəndə səfər edib

Noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının sammiti keçiriləcək.

Prezident Rəcəb Tayyib Ərdoğan da Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə toplantısında iştirak etmək üçün bu gün Özbəkistanın Səmərqənd şəhərinə yola düşüb.

Prezident Aparatından verilən məlumata görə, “Türk sivilizasiyasının yeni dövrü: Ortaq inkişaf və tərəqqiyə doğru” mövzusu ilə keçirilən Zirvə toplantısında sədrlik Türkiyedən Özbəkistana keçəcək.

Qeyd edək ki, tədbirin təşkilatçısı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevdir.

Müzakirələrdə Türkiye, Azərbaycan, Qırğızıstan və Qazaxıstan nümayəndə heyətləri iştirak edəcək.

Sammitdə Türk Dövlətləri Təşkilatının baş katibi Bağdad Amreev də iştirak edəcək.

Sammit iştirakçıları üzv dövlətlərlə müşahidəçi dövlətlər arasında müxtəlif sahələrdə əməkdaşlığın əsas məsələlərini müzakirə edəcək, regionda baş verən siyasi və iqtisadi proseslərə dair fikir mübadiləsi aparacaqlar.

Sammit çərçivəsində Ərdoğanın iştirakçı liderlərlə ikitərəfli görüşləri nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr