Mövlud Çavuşoğlu TDT sammitinin hazırlıq yığıncağında çıxış edib

Mövlud Çavuşoğlu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) sammitinin hazırlıq yığıncağında çıxış edib.

1904818
Mövlud Çavuşoğlu TDT sammitinin hazırlıq yığıncağında çıxış edib

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) sammitinin hazırlıq yığıncağında çıxış edən Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda keçirilən toplantıda bölgədəki hadisələri birlikdə müzakirə etdiklərini, çətin dövrdən keçdiklərini, həmçinin  məsləhətləşmələrin davam etdirilməsinin və sarsıntılara davamlı strategiyaların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Mövlud Çavuşoğlu deyib: " 2021-ci ilin noyabr ayında keçirilən İstanbul Zirvə görüşündə  qəbul etdiyimiz "Türk dünyası 2040 Vizyon" sənədi uzunmüddətli dövr üçün mühüm bir addım idi. Strategiya sənədini yekunlaşdırmaq  dönəm sədrliyimizin prioritetlərindən biri idi. Bunu həyata keçirmək hamımızın birgə vəzifəsidir. Bu konyunktura bizə imkanlar yaradır. Asiya yenidən ön plana çıxır''.
Mövlud Çavuşoğlu Azərbaycan-Qazaxıstan-Özbəkistan ilə üçtərəfli prosesə önəm verdiklərini və bunu davam etdirəcəklərini vurğulayıb.
Türkiye İnvestisiya Fondunun yaradılması ilə bağlı qərarın Türkiyenin sədrliyi dövründə atılan mühüm addımlardan biri olduğunu qeyd edən Mövlud Çavuşoğlu, bu məsələ ilə bağlı  ev sahibliyi etməyə hazır olduqlarını bildirib.



Әlaqәli Xәbәrlәr