Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan vətənə qayıtdı

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 20-də başa çatıb.

1895690
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan vətənə qayıtdı


Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri oktyabrın 20-də başa çatıb.

Məlumata görə, Prezident Ərdoğan və onu müşayiət edən nümayəndə heyətini daşıyan “TUR” adlı təyyarə yerli vaxtla saat 23.25-də Atatürk Hava Limanına eniş edib.
Rəcəb Tayyib Ərdoğanı hava limanında vitse-prezident Fuad Oqtay, İstanbul valisi Ali Yerlikaya, Ədalət və İnkişaf Partiyasının İstanbul üzrə sədri  Osman Nuri Kabaktepe və digər rəsmi şəxslər qarşılayıblar.

Prezident Ərdoğanı səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədr müavini Cəlal Adan, xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusi Akar, kənd təsərrüfatı və meşə naziri Vahit Kirişçi, nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu, Prezident Aparatının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Faxrəddin Altun və Türkiye Prezidentinin sözçüsü İbrahim Kalın müşayiət ediblər.



Әlaqәli Xәbәrlәr