İbrahim Kalın və Ceyk Sullivan arasında telefon danışığı olub

Türkiye Prezidentinin sözçüsü  İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan ilə telefon əlaqəsi saxlayıb.

1894061
İbrahim Kalın və Ceyk Sullivan arasında telefon danışığı olub

Türkiye Prezidentinin sözçüsü  İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sullivan ilə telefon əlaqəsi saxlayıb.
Prezident Aparatının mətbuat xidmətindən verilən məlumata görə, 
görüş zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələr, müdafiə sənayesi və enerji sahələrində əməkdaşlıq, Ukraynadakı müharibə, Egey və Aralıq dənizi və digər regional məsələlər müzakirə edilib.

Türkiyənin ''F-16''ların tədarükü ilə bağlı gözləntilərinin dilə gətirildiyi görüşdə ABŞ rəhbərliyinin  dəstəyindən duyulan məmnunluq ifadə olunub.

Ukraynadakı müharibənin davam etməsi və zorakılığın artması ilə bağlı narahatlığın ifadə olunduğu görüşdə müharibənin qlobal sülhə vurduğu zərərin aradan qaldırılması üçün hər cür diplomatik səylərin əhəmiyyəti vurğulanıb.

Söhbət zamanı Türkiyənin taxıl daşınması ilə bağlı imzalanan sazişin müddətinin uzadılması da daxil olmaqla diplomatik həll təşəbbüslərini qətiyyətlə davam etdirəcəyi bildirilib.

Telefon danışığında Türkiyənin Egey və Aralıq dənizində qanuni hüquq və maraqlarını müdafiə etməyə davam edəcəyi, həmçinin Yunanıstanın təxribat xarakterli ritorikasına son qoymasının vacibliyi vurğulanıb.



Әlaqәli Xәbәrlәr