Ərdoğan Yunanıstanın Egey dənizindəki bəzi adaları silahlandırması ilə bağlı açıqlama verib

Ərdoğan Yunanıstanın Egey dənizindəki bəzi adaları silahlandırması ilə bağlı "Tədbirlərimizi görmüşük, hər şey hazırdır. Ona görə də addımlarımızı ona uyğun atırıq" deyib.

1892955
Ərdoğan Yunanıstanın Egey dənizindəki bəzi adaları silahlandırması ilə bağlı açıqlama verib

Prezident Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Egey dənizindəki bəzi adaları silahlandırması ilə bağlı "Tədbirlərimizi görmüşük, hər şey hazırdır. Ona görə də addımlarımızı ona uyğun atırıq" deyib.

Prezident Ərdoğan Qazaxıstan səfərindən sonra təyyarədə jurnalistlərin suallarını cavablandırıb. 

"Təbii ki, biz bu məsələ ilə bağlı xəbərdarlıqlarımızı edirik. ABŞ-la da bu məsələ barədə Milli Müdafiə Nazirliyimiz həmkarı görüşür. Hətta hazırda NATO-nun müdafiə nazirlərinin toplantısı da keçirilir. Nazirimiz də bu yığıncaqlarda həmkarları ilə bu məsələləri ətraflı müzakirə etmək imkanı tapdı. Dədəağacda və ya müxtəlif adalarda nələr edildiyini görürük. Biz tədbirlərimizi görürük, lazım olan yerinə yetiriləcəkdir. Artıq qarşı tərəf fikirləşsin".

Ərdoğandan bununla bağlı nə vaxt addım atılacağı ilə bağlı suala isə, "Bu işin tarixi olmaz. Bir gecə qəflətən gələ bilərik, o, ayrı məsəldir. Tarixə düşəcək. Amma burada tarix verilməz. Harada, nə olacağını, nə vaxt olacağını danışmaq olmaz?" cavabını verib.



Әlaqәli Xәbәrlәr