Rəcəb Tayyib Ərdoğan Maqdalena Andersonla görüşüb

İsveçin baş naziri Maqdalena Andersson Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlə bağlı deyib: ''Səmərəli görüş keçirdik''.

1889795
Rəcəb Tayyib Ərdoğan Maqdalena Andersonla görüşüb

İsveçin baş naziri Maqdalena Andersson Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşlə bağlı deyib: ''Səmərəli görüş keçirdik''.

Maqdalena Andersson Çexiyanın paytaxtı Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüşdən sonra İsveçin TT xəbər agentliyinə müsahibə verən Maqdalena Anderson deyib: ''Ərdoğanla səmərəli görüş keçirdik''.

İyun ayında İspaniyanın paytaxtı Madriddə keçirilən NATO sammiti çərçivəsində imzalanan üçtərəfli memoranduma sadiq olduqlarını bildirən Maqdalena Anderson görüşdə Ərdoğana Türkiyəyə silah ixracına qoyulan embarqonun bu çərçivədə aradan qaldırıldığını dediyini qeyd edib.



Әlaqәli Xәbәrlәr