Prezident Ərdoğan bütün ölkələri terror təşkilatlarına qarşı lazımi tədbirləri görməyə çağırıb

Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) paytaxt Ankarada genişləndirilmiş vilayət sədrləri toplantısında çıxış edib.

1885181
Prezident Ərdoğan bütün ölkələri terror təşkilatlarına qarşı lazımi tədbirləri görməyə çağırıb

"Yunanıstana xatırlatmaq istərdik, özünüzə gəlin. Sizcə, ABŞ və Avropanın dəstəyi sizi xilas edərmi?"

Bunu Prezident Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) paytaxt Ankarada genişləndirilmiş vilayət sədrləri toplantısında etdiyi çıxışda deyib.

Türkiye vətəndaşlarının qanını tökən qatillərin Avropanın demək olar ki, hər bir ölkəsində, xüsusilə Yunanıstandakı Lavrion düşərgəsində qorunduğunu, sərbəst şəkildə gəzə bildiklərini vurğulayan Ərdoğan deyib ki, Suriya və Şimali İraqdakı terror yuvaları başlarına yıxıldıqca, terror təşkilatının üzvləri bəzi ölkələrdə açıq şəkildə özləri üçün düşərgələr qururlar. Bizimlə qonşuluq hüququndan danışan ölkələr, ilk növbədə, insanlıq və demokratiya düşmənlərinə göz yummamalıdırlar.

Dövlət başçısı Ərdoğan Türkiyenin qonşularından başlayaraq bütün ölkələri heç bir ayrı-seçkilik qoymadan terror təşkilatlarına qarşı lazımi tədbirləri görməyə çağırıb.

Yunanıstanı təhrik edərək Türkiyenin üzərinə salanların niyyətlərini yaxşı bildiklərini vurğulayan Ərdoğan “Qərbi Trakya və adalarda yığılan silahların bizim üçün heç bir əhəmiyyəti yoxdur. Çünki bizim gücümüz və imkanlarımız bunlardan çox-çox üstündür. Ancaq xatırlatmaq istərdik ki, bu vəziyyət sözügedən ölkə (Yunanıstan) üçün gizli işğal deməkdir” deyib.
“Sizcə ABŞ və Avropanın dəstəyi sizi (Yunanıstan) xilas edəcəkmi? Bu sizi xilas etməz. Sadəcə öz yerininizdə sayarsınız”, -deyə dövlət başçısı qeyd edib.



Әlaqәli Xәbәrlәr