Mövlud Çavuşoğlu gündәmdәki aktual mövzuları qiymәtlәndirib

Nazir Mövlud Çavuşoğlu paytaxt Ankarada jurnalistlərə bəyanat verib.

1879928
Mövlud Çavuşoğlu gündәmdәki aktual mövzuları qiymәtlәndirib

Xarici işlər naziri Mövlud Çavuşoğlu fevralın 24-dən etibarən davam edən Rusiya-Ukrayna müharibəsinin bölgədə sülhə gedən yolun Türkiyədən keçdiyini bir daha hər kəsə göstərdiyini bildirib.

Nazir Mövlud Çavuşoğlu paytaxt Ankarada jurnalistlərə bəyanat verib.

Mövlud Çavuşoğlu Türkiyənin taxıl dəhlizi məsələsində atdığı son diplomatik addımın təqdirəlayiq olduğunu bildirib.

Çavuşoğlu Türkiyənin Liviyadakı qarşıdurmaların sona çatmasında oynadığı rolun Qərb ölkələrinin diqqətini çəkdiyini vurğulayıb.

Xarici işlər naziri  Ukrayna ilə Rusiya arasındakı müharibənin səbəb olduğu böhranlar məsələsində Türkiyenin yürütdüyü aktiv xarici siyasət sayəsində konkret addımların atıla bildiyini ifadə edib.

 “Ukrayna müharibəsi bir daha hamıya göstərdi ki, bölgədə sülhə gedən yol Türkiyədən keçir”,-deyə Mövlud Çavuşoğlu vurğulayıb.

 Nazir Çavuşoğlu bildirib ki, Azərbaycan Qafqazda əldə etdiyi uğurları sülh masası arxasında möhkəmləndirib.

Çavuşoğlu Türkiye, Azərbaycan və Özbəkistan arasında üçlü mexanizmi həyata keçirdiklərini ifadə edərək  Azərbaycan və Qazaxıstanla Orta Dəhlizi canlandırmaq istədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr