İsveçdә mәscidә hücum edilib

İsveçin Jönköping şəhərində Türkiyenin Dini İşlər İdarəsinə tabe olan məscidə daş atılıb.

1878202
İsveçdә mәscidә hücum edilib

İsveçin Jönköping şəhərində Türkiyenin Dini İşlər İdarəsinə tabe olan məscidə daş atılıb. Bunun son 3 ayda məscidə edilən üçüncü hücum olduğu bildirilir.

Bu barədə İsveçdəki Jönköping Məscidinin İdarə Heyətinin üzvü Mehmet Özer məlumat verib.

Özer deyib: "Hadisə ilə bağlı polisə və lazımi orqanlara  məlumat verilib. Bu, son 3 ayda məscidimizə edilən üçüncü hücumdur. Şikayət edirik, amma indiyədək heç bir nəticə əldə etmədiyimiz üçün o qədər də ümidli deyilik''.

Hücum nəticəsində  mətbəx pəncərəsinin qırıldığına diqqət çəkən Mehmet Özer irqçilərdən şübhələndiklərini qeyd etdi.



Әlaqәli Xәbәrlәr