Mövlud Çavuşoğlu Serbiyada səfərdədir

Mövlud Çavuşoğlu "Açıq Balkan" təşəbbüsü sammitində iştirak etmək üçün sentyabrın 1-də Serbiyanın paytaxtı Belqrada səfər edib.

1874890
Mövlud Çavuşoğlu Serbiyada səfərdədir

Türkiyenin xarici işlər naziri Mövlud Çavuşoğlu Serbiyada səfərdədir.

"Açıq Balkan" təşəbbüsü sammitində iştirak etmək üçün dünən (1 sentyabr 2022) Serbiyanın paytaxtı Belqrada səfər edən Mövlud Çavuşoğlunu hava limanında Serbiyanın xarici işlər naziri Nikola Selakoviç qarşılayıb.

Mövlud Çavuşoğlu daha sonra  Açıq Balkan Sammiti iştirakçılarının şərəfinə verilən şam yeməyinə qatılıb və Serbiya Prezidenti Aleksandr Vuçiç tərəfindən qəbul edilib.
Serbiyaya etdiyi səfərlə bağlı rəsmi internet səhifəsində paylaşım edən Mövlud Çavuşoğlu deyib:  "“Açıq Balkan" təşəbbüsü sammitində iştirak etmək və görüşlər keçirmək üçün Belqrada səfər etdim''.



Әlaqәli Xәbәrlәr