Mustafa Şentop Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.

1872004
Mustafa Şentop Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib

Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Ukraynanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Mustafa Şentop Ukrayna parlamentinin sədri Ruslan Stefançuka milli bayram münasibətilə təbrik məktubu ünvanlayıb.

Şentop məktubunda Ukraynanın Müstəqillik Gününü özü və Türkiye Böyük Millət Məclisinin üzvləri adından təbrik edərək deyib:

"Ortaq tarixi və mədəni əlaqələrimiz olan Ukrayna ilə münasibətlərimiz güclənməkdə davam edir. Parlamentlər arasında güclü əməkdaşlığın bu prosesdə əlaqələrimizi sürətləndirməsi son dərəcə dəyərlidir. Türkiye Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməyə davam edəcək. Sizə və Ukrayna parlamentinin hörmətli üzvlərinə cansağlığı və uğurlar arzulayıram”.



Әlaqәli Xәbәrlәr