Terrora qarşı mübarizə ölkə daxilində və xaricdə davam edir

“Eren Blokada-29” əməliyyatı ilə terror təşkilatına ağır zərbə endirildi.

1866511
Terrora qarşı mübarizə ölkə daxilində və xaricdə davam edir

Hakkarinin Çukurca  rayonunun  Kazan Vadisində həyata  keçirilən  “Eren Blokada-29 Daxili Təhlükəsizlik Əməliyyatı” çərçivəsində biri narıncı kateqoriyada  olan

3 terrorçu zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada: “Avqustun 10-da Çukurca rayonunun Meşeli Məhəlləsinin Kazan ərazisində  başladılan “Eren Blokada-29” əməliyyatı uğurla davam  edir. Əməliyyat  çərçivəsində    biri  narıncı kateqoriya olmaqla 3 terrorçu zərərsizləşdirilib”. 

Türkiyə Silahlı Qüvvələri  isə separatçı terror təşkilatı PKK/YPG üzvü daha 6 terrorçunu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada, “Suriyanın şimalından Mardin sərhəd xəttimizə atəş açan PKK/YPG üzvü 6 terrorçusu Türkiyə silahlı qüvvələrimizin cavab atəşi ilə zərərsizləşdirilib”.



Әlaqәli Xәbәrlәr