Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyanın şimalında bölücü terror təşkilatı PKK/YPG-nin 7 terrorçusu zərərsizləşdirilib.

1865597
Türkiyənin terrorla mübarizəsi davam edir

Suriyanın şimalında bölücü terror təşkilatı PKK/YPG-nin 7 terrorçusu zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyinin açıqlamasındada terrora icazə verilmədiyi, bildirilərək Suriyanın şimalından Mardin Kızıltəpə sərhəd xəttinə hücum edərək soxulmağa cəhd edən 7 PKK/YPG terrorçusunun Türkiyə Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirildiyi bildirilib. 

Digər tərəfdən, İraqın şimalındakı Qara bölgəsində keçirilən əməliyyatla PKK-nın Qara logistika zabiti adlandırılan Azad Yandı da daxil olmaqla 7 terrorçu zərərsizləşdirilib.

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Qara bölgəsində əməliyyat keçirib.

Əməliyyatda bölücü terror təşkilatı PKK-nın Qara logistika işlərindən məsul “Soro Amed” ləqəbli Azad Yandı da daxil olmaqla 7 terrorçu zərərsizləşdirilib.

Hakkaridə keçirilən "Eren Abluka-29" əməliyyatında 4 terrorçu zərərsizləşdirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, "Eren Abluka-29" əməliyyatı çərçivəsində Hakkari Vilayət Təhlükəsizlik Müdirliyi və Hakkari Jandarma Komandanlığının pilotsuz uçuş aparatları və hava qüvvələrinin dəstəyi ilə Yoncalı çölündə polis və jandarma xüsusi əməliyyatlar həyata keçirib. Jandarma komandoları tərəfindən terror təşkilatı PKK üzvü olan 4 terrorçu məhv edilib.

Bununla da "Eren Abluka" əməliyyatları çərçivəsində bu gün Batmanda zərərsizləşdirilən 2 terrorçu ilə birlikdə zərərsizləşdirilən terrorçuların sayı 6-ya yüksəlib.



Әlaqәli Xәbәrlәr