Milli Kəşfiyyat Təşkilatı (MİT) terrorla mübarizədə xüsusi əməliyyat həyata keçirib

Milli Kəşfiyyat Təşkilatı (MİT) terror təşkilatı PKK/YPG-nin Ayn Əl Ərəb adlanan icra şurasının üzvü Erhan Armanı xüsusi əməliyyatla zərərsizləşdirib.

1861926

Təhlükəsizlik qaynaqlarından əldə edilən məlumata görə, 2012-ci ildə bölücü terror təşkilatı PKK-ya qoşulmaq ərəfəsində yaxalanan "Berxvedan Muş" ləqəbli terrorçu sərbəst buraxıldıqdan sonra 2013-cü ildə Muş çölündə təşkilata üzv olub.

Terror təşkilatında silahlı fəaliyyətlər həyata keçirən və ölkədə bir çox aksiyalarda iştirak edən Arman Ayn Əl Ərəbdəki təşkilata kadr toplamaq üçün Suriyaya gedərək, PKK/YPS üzvlərinin və partlayıcı maddələrin qeyri-qanuni yollarla Türkiyəyə daşınması fəaliyyətini birinci əldən təşkil edib. 

Arman 2019-cu ildə təşkilatın Ayn Əl Ərəb qondarma əyalət icraçı direktoru vəzifəsinə təyin edilib.

Ayn Əl Ərəbdə xüsusi olaraq tunel və mövqeləşdirmə zabiti vəzifəsinə təyin edilən terrorçu Armanın Türkiyə tərəfindən həyata keçirilə biləcək əməliyyatlarına qarşı təşkilatı müdafiə etməyi planlaşdırdığı öyrənilib.

Terrorçu Arman MİT-in xüsusi əməliyyatı ilə zərərsizləşdirilib.

Әlaqәli Xәbәrlәr