Hulusi Akar taxılla yüklənmiş gəminin yola düşməsi ilə bağlı bəyanat verib

Milli müdafiə naziri Hulusi Akar Ukraynanın Odessa limanından taxılla yüklənmiş gəmilərin çıxışının davam edəcəyini bildirib.

1861976
Hulusi Akar taxılla yüklənmiş gəminin yola düşməsi ilə bağlı bəyanat verib

Milli müdafiə naziri Hulusi Akar Ukraynanın Odessa limanından taxılla yüklənmiş gəmilərin çıxışının davam edəcəyini bildirib.

Anadolu Agentliyinə açıqlama verən nazir Akar ilk taxılla yüklənmiş gəminin Odessa Limanından yola düşməsi ilə bağlı deyib:

"Növbəti gəmilər də oxşar şəkildə heç bir fasilə olmadan limandan çıxmağa davam edəcək. Sabah (2 avqust 2022) saat 15.00 radələrində (Türkiyə vaxtı ilə) İstanbul Boğazı sahillərində olacaq və lövbər saldıqdan sonra ortaq komitə gedib yükünü yoxlayacaq. Bu protokol bütün gəmilər üçün qüvvədə olacaq". 

Qlobal qida probleminin miqrasiyaya səbəb ola biləcəyi nöqtədə olduğunu bildirən Akar "Bu, Afrikadan Avropaya və Türkiyəyə ciddi bir köç dalğasına səbəb ola bilər. Bunun həll yoluna getməsi vacibdir" deyib.

Rusiyanın limanlarında qida və müxtəlif kimyəvi maddələrin olduğunu bildirən Akar "Bunların daşınması bizim işimizdən başqa ayrı bir məsələdir, amma dəstəyimiz olsa Türkiyə olaraq məmnun olarıq” ifadələrdən istifadə edib.



Әlaqәli Xәbәrlәr