Mövlud Çavuşoğlu vә gürcüstanlı hәmkarı birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ukraynada daimi atəşkəsə nail olmaq üçün üçüncü dövlətlər də dəstək verməlidirlər.

1860850
Mövlud Çavuşoğlu vә gürcüstanlı hәmkarı birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyәnin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ukraynada daimi atəşkəsə nail olmaq üçün üçüncü dövlətlər də dəstək verməlidirlər.

Mövlud Çavuşoğlu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə keçirdiyi  görüşdən sonra baş tutan birgə mətbuat konfransında çıxış edib.

Darçiaşvili ilə Gürcüstandakı  türk şirkətlərinin vəziyyətini müzakirə etdiklərini bildirən Mövlud Çavuşoğlu  Ukraynadakı müharibə səbəbindәn Türkiyə məhsullarını Rusiya və digər ölkələrə daşıyan TIR-ların Gürcüstan üzәrindәn bu ölkәlәrә getdiyini qeyd edib.

Yük maşınlarının Gürcüstanda müəyyən gecikmələrlə üzləşdiyini, lakin Tbilisi rəhbərliyinin problemin həlli üçün əlindən gələn dəstəyi verdiyini deyən Mövlud Çavuşoğlu, həmkarı ilə bu gecikmənin necə həll oluna biləcəyini müzakirə etdiklərini bildirib.

Fevralın 24-dən bəri davam edən Rusiya-Ukrayna müharibəsinə toxunan Çavuşoğlu  Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında iyulun 22-də imzalanan “Ukrayna Limanlarından Taxıl və Ərzaq Məhsullarının Təhlükəsiz Daşınması Sənədi”nin yalnız ərzaq ixracı qarşısındakı maneəni aradan qaldırmaq üçün atılan addım olmadığını qeyd edib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Ukrayna ilə Rusiya arasında daimi atəşkəsin tәmin edilmәsi  üçün liderlər səviyyəsində görüşlәri fasiləsiz davam etdirdiyini  ifadə edən xarici işlər naziri deyib: "Üçüncü ölkələr də dəstəkləməlidir. Müharibənin qalibi, sülhün mәğlubu yoxdur. Müharibə diplomatiya yolu ilә sona çatacaq. Türkiyә bu çәrçivәdә sәylәr göstәrmәyә davam edәcәk’’.



Әlaqәli Xәbәrlәr