Türkiyә XİN Dohukda törәdilәn hücumla bağlı bәyanat yayıb

Türkiyə mülki vәtәndaşları hədəf alan hər növ hücuma qarşı olduğunu bəyan edib.

1857496
Türkiyә XİN Dohukda törәdilәn hücumla bağlı bәyanat yayıb

Türkiyə mülki vәtәndaşları hədəf alan hər növ hücuma qarşı olduğunu bəyan edib.

Türkiyә Xarici İşlәr Nazirliyi İraqın Dohuk vilayətinin Zaho rayonunda törәdilәn vә ilkin mәlumatlara әsasәn 8 nәfәrin öldüyü, 23 nәfәrin dә yaralandığı hücumla bağlı bәyanat yayıb.

Bəyanatda deyilir: ‘‘Hücum nәticәsindә hәyatını itirәnlәrә rәhmәt, xәsarәt alanşara şәfa dilәyirik. Dost vә qardaş İraq xalqına vә hökümәtinә dәrin hüznlә başsağlığı veririk. Türkiyə mülki vәtәndaşları  hədəf alan hər növ hücuma qarşıdır. Türkiyə terrorla mübarizəni beynəlxalq hüquq normaları çәrçivәsindә böyük həssaslıqla aparır. Günahsız insanları hədəf alan və terror təşkilatından mәnbәlәndiyi hesab edilən bu növ hücumların ölkəmizin terrorla mübarizədəki qətiyyətli mövqeyini hədəf alır.Türkiyə həqiqəti üzə çıxarmaq üçün hər addımı atmağa hazırdır”.

Türkiyәnin xarici işlәr naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyә Silahlı Qüvvәlәrindәn aldığımız  mәlumata görә, mülki vәtәndaşlara hәr hansı hücumumuz olmayıb.

“TRT Haber”in qonağı olan Mövlud Çavuşoğlu burada verdiyi açıqlamada Türkiyənin heç vaxt mülki vәtәndaşlara  hücum etmədiyini bildirib.

Mövlud Çavuşoğlu deyib: "Beynəlxalq hüquqa uyğun olaraq terrorla mübarizəmizi davam etdiririk. TSQ-dәn aldığımız məlumata görə, mülki şəxslərə hücum etməmişik. Hədəfimiz Suriyadakı terror təşkilatları olub. Əməliyyatlarımız İraqda həmişə terror təşkilatlarına qarşı yönəlib. Terror təşkilatları tərəfindən həyata keçirildiyini düşündüyümüz bu xain hücumla bağlı İraq rəsmiləri ilə əməkdaşlıq edə biləcəyimizi də açıqladıq. Burada bir daha vurğulamaq istərdik: Türkiyəyə qarşı ittihamları rədd edirik və bəyanatları rədd edirik”.

Qeyd edәk ki, tәhlükәsizlik mənbələri hücumun terrorçular tərəfindən törәdildiyini bildirib.



Әlaqәli Xәbәrlәr