Türkiyə Misirə başsağlığı verdi

Türkiyə Misirdə baş verən yol qəzasında çox  sayda   sərnişinin həyatını itirməsinə  görə rəsmi Qahirəyə  başsağlığı verib.

1857067
Türkiyə Misirə başsağlığı verdi

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada:  “Minye şəhərində baş verən yol qəzasında çox sayda insanın həyatını itirdiyi və yaralandığı xəbərini   kədərlə qarşıladıq. Qəzada həyatını itirənlərə Allahdan rəhmət, ailələrinə, qardaş Misir xalqına və dövlətinə başsağlığı verir, yaralılara təcili şəfa diləyirik”.  

Qeyd  edək  ki,  Misirin cənubundakı Minye şəhərində sərnişin avtobusunun dayanmış yük maşınına arxadan çırpılması nəticəsində 22 nəfər həyatını itirib, 33 nəfər isə yaralanıb.



Әlaqәli Xәbәrlәr