Türkiyə Pakistana başsağlığı verdi

Türkiyə Pakistanda qayıq qəzasında həyatını itirənlər üçün başsağlığı verib

1856574
Türkiyə Pakistana başsağlığı verdi

 

  Türkiyə Pakistanda qayıq qəzasında həyatını itirənlər üçün başsağlığı verib.

  Türkiyə Xarici İşlər Nazirliyindən verilən yazılı məlumatda bildirilir: “Pakistanın Pəncab əyalətində Hind çayında qayığın batması nəticəsində çoxlu sayda insanın həyatını itirməsini kədərlə qarşılayır, Pakistan xalqına, dost və qardaş hökumətinə başsağlığı veririk".

  Rəhim Yar Xan şəhərinin rəsmilərinin məlumatına görə, toya gedərkən qəzaya uğrayan qayığın göyərtəsində hamısı qadın 100 nəfər olub. Onlardan 19-u həyatını itirib. Çoxu itkin düşüb.



Әlaqәli Xәbәrlәr