Türkiyə ilə İsrail arasında aviasiya sahəsində müqavilə imzalanıb

İki ölkə arasında İsrail hava yollarının Türkiyəyə uçuşlarına yenidən başlamasına imkan verəcək ilkin razılaşmanın imzalandığı bildirilib.

1853413
Türkiyə ilə İsrail arasında aviasiya sahəsində müqavilə imzalanıb

Türkiyə ilə İsrail arasında aviasiya sahəsində müqavilə imzalanıb.

İsrail Baş Nazirliyinin Mətbuat İdarəsindən verilən yazılı açıqlamada iki ölkə arasında İsrail hava yollarının Türkiyəyə uçuşlarına yenidən başlamasına imkan verəcək ilkin razılaşmanın imzalandığı bildirilib.

Qeyd edilib ki, "iki ölkə arasında əlaqələrin inkişafında mühüm dönüş nöqtəsi” olaraq qeyd olunan müqavilə son həftələrdə keçirilən “açıq və konstruktiv danışıqlar"dan sonra İsrail və Türkiyənin mülki aviasiya orqanlarının rəhbərləri tərəfindən bu gün imzalanıb.

Açıqlamada müqavilənin İsrailin Baş naziri Yair Lapidin xarici işlər naziri kimi iyunun 23-də paytaxt Ankaraya səfəri zamanı xarici işlər naziri Mövlud Çavuşoğlu ilə razılaşmasından sonra həyata keçirildiyi bildirilib.

Müqavilənin “iki ölkə arasında əlaqələrin genişləndirilməsi və inkişafı ilə bağlı qərarın bir hissəsini təşkil etdiyi” vurğulanan bəyanatda deyilir:

“İlkin razılaşma İsrail hava yollarının Türkiyəyə uçuşları bərpa etməsinə imkan verəcək aviasiya müqaviləsinin yekun imzalanması yolunda mühüm addımdır”. 

Müqavilənin həmçinin İsrail hava yollarının 1951-ci ildən bəri ilk dəfə Türkiyəyə uçuşları bərpa etməsinə icazə verməsi gözlənilir.

İsrailin nəqliyyat naziri Merav Mixaeli bu addımı “tarixi razılaşma” kimi qiymətləndirib.

Mixaeli müqavilə imzalanmadan əvvəl "Twitter" hesabındakı paylaşımında bu ifadələrdən istifadə edib:

Türk şirkətlərinin İsrailə uçuşlarından əlavə olaraq, İsrail uçuşlarının Türkiyədəki müxtəlif istiqamətlərə geri dönməsini təmin edəcək infrastrukturu istehsal etməsi gözlənilən tarixi aviasiya müqaviləsi imzalayacağıq.

Bu müqavilə İsrail ilə region ölkələri arasında iqtisadi və strateji əlaqələrin gücləndirilməsi istiqamətində mühüm addım".



Әlaqәli Xәbәrlәr