Somali dövlət başçısı Ankarada səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Somali Prezidenti Həsən Şeyx Mahmudu paytaxt Ankarada rəsmi mərasimlə qarşılayıb.

1852792
Somali dövlət başçısı Ankarada səfərdədir

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə rəsmi səfərdə olan Somali Prezidenti Həsən Şeyx Mahmudu paytaxt Ankarada rəsmi mərasimlə qarşılayıb.

Qonaq prezident üçün Prezident İqamətgahında rəsmi qarşılanma mərasimi olub.

Daha sonra təkbətək görüşən Ərdoğan və Mahmud heyətlər arasında görüş də keçirəcək.

Qonaq Prezident Mahmud təmasları çərçivəsində İspartada təlim keçən somalili əsgərləri, daha sonra Anıtkabiri, Mustafa Kamal Atatürkün qəbirini ziyarət edib.

Türkiyənin son 10 ildə Somaliyə göstərdiyi humanitar yardımın həcmi 1 milyard dolları keçib.

Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan somalili həmkarı Həsən Şeyx Mahmud ilə birgə mətbuat konfransı zamanı deyib.O qeyd edib ki, ölkəsi Afrika qitəsi ilə əlaqələrini bundan sonra da inkişaf etdirərək əməkdaşlığı artıracaq.

Somali prezidenti ilə görüşləri zamanı Türkiyə-Somali münasibətlərini ətraflı müzakirə etdiklərini ifadə edən Ərdoğan müxtəlif sahələrdə əməkdaşlığın artırılması və əlaqələrin müqavilə əsaslarıda gücləndirilməsi istiqamətində razılığa gəldiklərini vurğulayıb.

Görüşlər zamanı regional məsələlərə də toxunularaq Somalinin sabitlik və təhlükəsizliyinin bütün Afrika buynuzu üçün əhəmiyyətini vurğuladıqlarını ifadə edən Ərdoğan Türkiyənin Somalinin sabitlik və təhlükəsizliyinə, terrorla mübarizəsinə töhfə verməyə davam etmək əzmində olduğunu bir daha qeyd edib.


Etiketlәr: #Somali Prezidenti

Әlaqәli Xәbәrlәr