Türkiyə və ABŞ prezidentləri Madriddə bir araya gəldilər
Anadolu Agentliyi xəbər verir ki, görüşdə prezidentləri geniş tərkibli nümayəndə heyətləri müşayiət edib
![Türkiyə və ABŞ prezidentləri Madriddə bir araya gəldilər](http://cdn.trt.net.tr/images/xlarge/rectangle/51ab/5e89/2896/62bd2355d5858.jpg?time=1718779364)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Co Bayden NATO Zirvə Toplantısı çərçivəsində İspaniyanın paytaxtı Madriddə bir araya gəliblər.
Anadolu Agentliyi xəbər verir ki, R.T.Ərdoğan görüşdən əvvəl etdiyi çıxışında uzun müddətdən sonra amerikalı həmkarı C.Baydenlə yenidən görüşməkdən məmnunluq duyduğunu bildirərək deyib: “NATO Zirvə Toplantısının davam edən iclaslarında alyansın güclənməsi üçün atılacaq addımlar müzakirə ediləcək. Bunun Rusiya-Ukrayna prosesinə xüsusi töhfə verəcəyinə inanıram.
Fevralın 24-dən bu yana sürən Rusiya-Ukrayna müharibəsi səbəbindən son vaxtlar taxıl və yanacaq problemi yaşanır.
Biz Türkiyə olaraq balans siyasəti ilə prosesi həll etməyə çalışırıq. Ümid edirik ki, bir nəticə əldə edəcəyik".
Qeyd edək ki, görüşdə Türkiyə və ABŞ prezidentlərini geniş tərkibli nümayəndə heyətləri müşayiət edib. Ölkə başçıları NATO-nin gücləndirilməsi istiqamətində atılacaq addımları, Ukrayna böhranını, eləcə də gündəlikdə olan digər məsələlər ətrafında müzakirələr aparıblar.
Әlaqәli Xәbәrlәr
![Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu](http://cdn.trt.net.tr/images/medium/rectangle/17dc/85c7/62ef/667274aa8f555.jpg?time=1718779364)
Türkiyə prezidenti ilə Ermənistan Baş naziri arasında telefon danışığı oldu
Türkiyə Prezident Administrasiyası İctimaiyyətlə Əlaqələr Departamentinin məlumatına görə ...
![Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır](http://cdn.trt.net.tr/images/medium/rectangle/6e67/9b77/98a9/66716af7bff4b.jpg?time=1718779364)
Türkiyə Azərbaycanın gələcəyinə təmiz nəfəsi artırır
Göndərilən tinglər Qarabağ və paytaxt Bakıda torpağa qovuşacaq