Türkiyənin Haitiyə səfər edəcək vətəndaşlara xəbərdarlığı

Türkiyə vətəndaşlarının Haitiyə səfər etməməsini tövsiyə edib.

1849458
Türkiyənin Haitiyə səfər edəcək vətəndaşlara xəbərdarlığı

Türkiyə Haitidə hal-hazırda əlverişsiz təhlükəsizlik şəraiti və kriminal fəaliyyətlərin artması ilə əlaqədar məcburi hallar istisna olmaqla, Türkiyə vətəndaşlarının bu ölkəyə səfər etməməsini tövsiyə edib. 

Xarici İşlər Nazirliyindən həmin mövzuyla bağlı verilən açıqlamada Haiti üçün səyahət və təhlükəsizlik elanı edilib.

Açıqlamada “Hazırda Haitidə əlverişsiz təhlükəsizlik şəraiti və kriminal fəaliyyətlərin artması nəzərə alınmaqla, məcburi hallar istisna olmaqla, vətəndaşlarımızın bu ölkəyə səfərindən çəkinmələri məsləhətdir” deyilib. 

Açıqlamada Türkiyənin Haitidə səfirliyinin olmadığı və Türkiyənin Santo Dominqodakı (Dominikan Respublikası) səfirliyinin bu ölkədə akkreditə olunduğu bildirilib:

"Hazırda Haitidə yaşayan və/və ya bu ölkəyə səyahət edən vətəndaşlarımızın Nazirliyimiz və Santo Dominqodakı səfirliyimiz tərəfindən edilə biləcək əlavə xəbərdarlıq və elanlara əməl etməyə davam etmələri və şəxsi təhlükəsizlikləri üçün lazımi tədbirlər görmələri vacibdir." 

Açıqlamada həmçinin Türkiyə vətəndaşlarının +90 312 292 29 29 nömrəli Konsulluq Çağrı Mərkəzi, Türkiyənin Santo Dominqodakı səfirliyi (+1 809 532 77 83) və +1 849 206 46 41 (fövqəladə hal) və embajada.dominicana@mfa.gov.tr elektron poçt ünvanı ilə əlaqə saxlamalarının mümkün olduğu bildirilib.



Әlaqәli Xәbәrlәr